BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama matçına çıxıb.

 

Pravda.az xəbər verir ki, “Neftçi” bu dəfə “Domjale” ilə üz-üzə gəlib.

 

“Ağ-qaralar” Sloveniya klubu ilə bu komandanın ev oyunlarını keçirdiyi stadionda üz-üzə gəlib. Üç qolun vurulduğu oyunda hesabı “Neftçi” açsa da, “Domjale” əzmkar qələbəyə sevinib.

 

Toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən “Neftçi” həmin oyunda heç-heçəyə razılaşmışdı – 1:1. Samir Abasovun çalışdırdığı kollektiv iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

21 iyun

 

Domjale – Neftçi 2:1

Qol: Namiq Ələsgərov, 24 – Benyamin Markuş, 33. Jiqa Repas, 39.

Matçın 87-ci dəqiqəsində Seniyad İbriçiç penaltidən yararlana bilməyib (kənara).

Tarix: 25 İyun 2021, 01:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin