BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Hüseynzadədən olimpiyaçılarımıza Ronaldu xəbərdarlığı

"Bir çox məsələlər üzdən sadə görünür, amma qəliz məsələdir".

 

Pravda.az-ın məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

 

O bildirib ki, atletlər kəndindən çıxan şəxs öz yerinə qayıtmayacaq və karantinə alınacaq: "O, yarışa yox, başqa yerə gedirsə, belə olacaq".

 

Hüseynzadə Portuqaliya millisinin futbolçusu Ronaldunun AVRO-2020-dəki hərəkətini də xatırladıb: "İdmançılara deyin, diqqətli olsunlar. Sponsorlarla bağlı məsələdə ehtiyatlı olmaq lazımdır".

 

Report

Tarix: 25 İyun 2021, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin