Reklam

İranın Ali Rəhbərinə “Covİran Bərəkət” peyvəndi vuruldu

 İranın Ali Rəhbəri ayətullah Əli Xameneiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndi vurulub.

 

Bu barədə Ali Rəhbərin ofisi məlumat yayıb.

 

Bildirilib ki, ayətullah Əli Xameneiyə İran istehsalı peyvəndin ilk dozası vurulub.

 

İranın Ali Rəhbəri bildirib ki, bir neçə ay əvvəl ona xarici ölkələrin istehsalı olan COVID-19 peyvəndi vurdurmaq təklif olunub, lakin o, bundan imtina edib.

Tarix: 25 İyun 2021, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin