Reklam

Maska məcburiyyəti qüvvəyə mindi - İsraildə

İsraildə qapalı məkanlarda maska taxma tələbi yenidən tətbiq olunub.

Pravda.az “Jerusalem Post”a istinadla xəbər verir ki, tələb bu gündən qüvvəyə minib.

İsrailin Səhiyyə Nazirliyi Covid-19-un artan yayılması ucbatından maska taxmanın icbariliyi ilə bağlı qərar qəbul edib.

Ölkədə peyvəndləmə kampaniyası bitsə də, dünən 227 yeni yoluxma qeydə alınıb. Son dörd gündə orta hesabla 100 nəfərə koronavirus diaqnozu qoyulub. Xüsusilə Hindistan ştammının qeydə alınması Səhiyyə Nazirliyi rəsmilərini narahat edib.

Xatırladaq ki, iyunun 1-dən İsraildə bütün məhdudiyyətlər ləğv edilib

Tarix: 25 İyun 2021, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin