BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ölkəmizə qurmaq istədikləri tələni yerlə yeksan etdik" - Ərdoğan

“Ötən günlərdə Şuşaya gedərək, orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq”.

Pravda.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda qapalı stadionun açılışı mərasimindəki çıxışında bildirib.

“Ölkəmizə qurmaq istədikləri tələni yerlə yeksan etdik. Ssenariləri boşa çıxdı. Ötən günlərdə Şuşaya gedərək orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq. İndi eyni yaxınlaşma ilə başqa yerlərdə, yeni addımların hazırlıqlarını görürük.

Əgər Türkiyə xaricdə belə güclü təhlükəsizlik qurşağı yaratmasa, vətən torpaqlarında hüzur və rifah içində yaşamağımza imkan verməzlər”, - Türkiyə prezidenti vurğulayıb.

Tarix: 25 İyun 2021, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin