BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada avtomobil qayadan aşdı - Sürücü öldü

Quba rayonunda yol qəzası baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Report 

Tarix: 25 İyun 2021, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin