BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST: COVID-19 mutasiyaları arasında “Delta” təsbit edilən ən yoluxucu variantdır

“Hazırda koronavirusun “Delta ştammı” azı 85 ölkədə mövcuddur, peyvənd edilməmiş əhali arasında sürətlə yayılır”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

 

ÜST rəhbəri “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb: “Bir sıra ölkələrdə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşaldılması fonunda dünyada COVID-19-un yayılması güclənir. Nə qədər çox yoluxma halları varsa, bir o qədər çox seçim var. Bu baxımdan "COVID-19-un yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir”.

 

Qebreyesus bildirib ki, məhz buna görə də bütün ölkələrdə peyvəndləmə prosesini bərabər təmin etmək vacibdir.

Tarix: 26 İyun 2021, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin