BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident hərbçilərin təminatının yüksək səviyyədə olması üçün hər zaman çalışır və çalışacaq” - RƏY

"Hərbçinin sosial vəziyyəti yaxşılaşdırılmalı, ailəsindən nigaran qalmamalı və evi-eşiyi qaydasında olmalıdır ki, Vətənin müdafiəsində dayananda digər qayğıları onu narahat etməsin. Prezident İlham Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin təminatının yüksək səviyyədə olması üçün hər zaman çalışır və çalışacaq”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzü Elman Məmmədov deyib.

 

 

Deputat hərbi qulluqçuları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı bütün sərəncamlara münasibət vahiddir: "Yəni, bu fərman və sərəncamlar - hərbi qulluqçuların orden və medallarla təltif edilməsi, maaşlarının artırılması hər kəsin ürəyindən xəbər verir. Bu, bir daha təsdiq edir ki, ordu və hərbçilər hər zaman cənab Prezidentin diqqətində olub və olacaq. Hesab edirəm ki, bu diqqət və qayğı hər zaman yüksələn xətt üzrə davam edəcək. İyunun 25-də imzalanan sərəncama əsasən, işğal altında olan Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 20-60% həcmində əlavələr nəzərdə tutulub. Əlbəttə ki, hərbçinin sosial vəziyyəti yaxşılaşdırılmalı, ailəsindən nigaran qalmamalı və evi-eşiyi qaydasında olmalıdır ki, Vətənin müdafiəsində dayananda digər qayğıları onu narahat etməsin. Prezidentimiz Silahlı Qüvvələrin şəxsi heyətinin təminatının yüksək səviyyədə olması üçün hər zaman çalışır və çalışacaq. Fürsətdən istifadə edərək, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla bütün əsgər və zabitlərimizi, eləcə də Azərbaycan xalqını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm".

 

Nəzrin Cavid

Tarix: 26 İyun 2021, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin