Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azersun Holdinq"in prezidentinin ailəsinə məxsus şirkət 800 milyon dollarlıq layihə həyata keçirir - FOTO

"Azersun Holdinq"in prezidenti, tanınmış iş adamı Abdulbari Gözəlin ailəsinə məxsus olan "DAAX Construction" MMC İraq Mərkəzi Bankının yeni binasının tikintisini həyata keçirir.

 

Pravda.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

Məlumata görə, 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.

 

"DAAX Construction" MMC 2006-cı ildə "DİA Holdinq"in ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə Abdulbari Gözəlin ailəsinə məxsus olan ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir.

 

Şirkətə "Azersun Holdinq"in prezidentinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.

 

Fotoları təqdim edirik
Tarix: 18 Noyabr 2019, 14:17   
Xəbər lenti
Çox oxunanlar