BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın səfirliyinin ərazisinə 3 raket atılıb, xəsarət alanlar var

İraqın mərkəzində "yaşıl bölgə"yə atılan rakentlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə açıqlama verib.

 

Atəş nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verən televiziya kanalı bildirib ki, hazırda ABŞ səfirliyinin ərazisində helikopterlərlə insanlar təxliyə edilir.

 

"Əl-Ərəbiyyə" telekanalı isə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin ərazisinə düşən üç raketdən biri diplomatik missiyanın restoranına dəyib.

 

İraqın Baş nazir vəzifəsini icra edən Adel Abd əl-Mehdi açıqlamasında günahkarların tapılıb cəzalandırmağa göstəriş verdiyini deyib.APA

Tarix: 27 Yanvar 2020, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin