BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məumat yaydı

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi ilə məlumat daxil olub. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb və söndürülüb.

Tarix: 26 İyun 2021, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin