BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə naziri istefa verdi

Britaniya Səhiyyə Nazirliyinin başçısı Mett Henkok köməkçisi ilə qalmaqal və nazirliyin şurasına təyinatla əlaqədar istefaya gedib.

 

Pravda.az xəbər verir ki, bu barədə o, özünün tvitterdəki videomüraciətində bildirib.

 

"Səhiyyə Nazirliyinin başçısı vəzifəsindən istefam haqqında bildirmək üçün bu gün baş nazirlə görüşdüm. Mən istefaya getməliyəm", - Henkok deyib.

 

Səhiyyə Nazirliyinin keçmiş rəhbəri baş nazirin adına yazılan rəsmi məktubunda bildirib ki, indi o, ailəsi və uşaqlarına daha çox vaxt ayırmalıdır.

 

"Qaydanı pozduğum üçün yenidən üzr istəmək, bütün bunları yaşadığım üçün ailəmdən və yaxınlarımdan üzr istəmək istəyirəm. İndi uşaqlarımın yanında olmalıyam. İstefa verməliyəm", - nazir deyib.

 

Report

Tarix: 27 İyun 2021, 00:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin