BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-ın idarə rəisinin qardaşı Xəzər dənizində itkin düşdü - YENİLƏNDİ

"SOCAR" dənizdə batan şəxsin kimliyinə aydınlıq gətirib.

 

“SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən Pravda.az-a bildirilib ki, dənizdə batan İlqar Şərifov neftçidir. O, “SOCAR”ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir.

 

 

***

14:32

 

Xəzər dənizində neftçi itkin düşüb.

 

Pravda.az-ın xəbərinə görə, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

Tarix: 18 Noyabr 2019, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin