BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31 tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.

 

Bu barədə Pravda.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

 

Həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

 

Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

 

Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

Tarix: 27 Yanvar 2020, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin