BURADA REKLAMINIZ OLA
BİLƏR

Portuqaliya məğlub oldu

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

 

Pravda.az-ın məlumatına görə, günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.

 

İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılmış görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azar baxımlı qolla komandasına qələbə qazandırıb.

 

Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq. Son çempion Portuqaliya isə AVRO-2020 ilə vidalaşıb.

 

Qeyd edək ki, günün ilk oyununda Çexiya Niderlandı 2:0 hesabı ilə üstələyərək növbəti raundda Danimarkaya rəqib olub. Çexiya - Danimarka matçı iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix: 28 İyun 2021, 01:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin