BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Rəhimzadəyə vəzifə verildi

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr təyinatı üzrə əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

 

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

 

Report

Tarix: 28 İyun 2021, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin