Reklam

Polislər minaya düşüb, 4 nəfər ölüb

Əfqanıstanda polis əməkdaşları minaya düşüb, ölənlər və yaralananlar var.

 

Pravda.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şərqində, Qəzni şəhərində baş verib.

 

Yol kənarında iki mina partlayışı nəticəsində 4 polis əməkdaşı həlak olub, 3 nəfər isə yaralanıb.

 

Qəzni şəhərinin rayonlarından birinin polis rəisinin də öldüyü bildirilir.

 

APA

Tarix: 28 İyun 2021, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin