BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil 2 yaşlı körpəni vurdu

Şəkidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Şəki şəhərində qeydə alınıb.

 

Belə ki, 2019-cu il təvəllüdlü Atakişiyev Ümid Rəfail oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub. Ü.Atakişiyev reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 28 İyun 2021, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin