BURADA REKLAMINIZ OLA
BİLƏR

Metroda qatarların gecikməsinin səbəbi AÇIQLANDI

Bu gün metroda qatarların hərəkətində problem yaranıb.

 

Pravda.az xəbər verir ki, bu səbəbdən qatarlar arasında gecikmə olub.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

 

O bildirib ki, gecikməyə səbəb qatarın depoya göndərilməsi olub: “Bu gün səhər saat 7:35 radələrində bir qatar “Nərimanov” stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.

Tarix: 27 Yanvar 2020, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin