BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah: Son sutkada 652 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 20 616 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

Rusiyada COVID-19-a yoluxanların sayı 5 493 557 nəfərə çatıb.

 

Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.

 

Ümumilikdə koronavirusdan ölənlərin sayı 134 545 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Tarix: 29 İyun 2021, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin