BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı şəhid ailələri və əlillərlə görüşdü - VİDEO

60 saylı Salyan - Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının seçiciləri ilə növbəti  görüşü Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə keçirilib.

 

Pravda.az xəbər verir ki, Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və  eyni zamanda  fiziki məhdudiyyəti olan  Məmmədov Cəlil və Qaraxanov  Abbas ziyarət olunub.

 

Seçicilər bu addımı yüksək qiymətləndirib, bu ilin fevralın 9-da keçiriləcək  parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

 

Tarix: 27 Yanvar 2020, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin