BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna qələbə çaldı

AVRO-2020-də 1/8 final mərhələsi başa çatıb.

 

Son oyun Şotlandiyada baş tutub.

 

Qlazqoda keçirilən görüşdə İsveçlə Ukrayna qarşılaşıb. Oyunda hesabı Aleksandr Zinçenko açıb.

 

Lakin ukraynalıların sevinci uzun sürməyib. Son üç matçda 4-cü qolunu vuran Emil Forsberq hesabda tarazlıq yaradıb.

 

Görüşün ikinci yarısı qolsuz başa çatıb. 1/4 finala vəsiqənin taleyi əlavə vaxtda həll olunub. Zədələrlə zəngin dəqiqələrdə qırmızı vərəqə üzündən say üstünlüyü qazanan Ukrayna millisi 120+1-ci dəqiqədəki qolla qələbə qazanıb. Bu, Andrey Şevçenkonun yetirmələrini 1/4 finala daşıyıb.

 

Qeyd edək ki, bunadək İtaliya, İsveçrə, Belçika, Danimarka, İngiltərə, Çexiya və İspaniya yığmaları 1/8 final səddini adlayıb.

 

AVRO-2020

1/8 final

29 iyun

23:00. İsveç – Ukrayna – 1:2, əlavə vaxtda

Qollar: Emil Forsberq, 43 – Aleksandr Zinçenko, 27, Artyom Dolbik, 120+1

Baş hakim: Daniel Orsato (İtaliya)

Qlazqo. “Hampden Park” stadionu

Tarix: 30 İyun 2021, 01:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin