BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya Əfqanıstandan çıxdı

Əfqanıstandakı son alman əsgərləri də ölkədən ayrılıb.

 

Bunu Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tvitter hesabında yazıb.

 

“20 il sonra ən gərgin ölkə xarici vəzifəmiz tamamlandı”, - nazir alman əsgərlərin təhlükəsiz bir şəkildə Əfqanıstandan çıxdığını bildirib.

 

O, 2001-ci ildən bəri Əfqanıstanda vəzifəsini icra edən 150 mindən çox alman əsgərinə təşəkkür edib:

 

“Alman əsgərləri Əfqanıstanda Federal Məclisin verdiyi bütün vəzifələri yerinə yetirdi. Bu vəzifə ilə fəxr edə bilərsiniz”.

 

Vurğulanıb ki, son hərbçilərin də ölkədən ayrılması ilə Almaniyanın Əfqanıstandakı NATO missiyası başa çatıb.

Tarix: 30 İyun 2021, 04:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin