BURADA REKLAMINIZ OLA
BİLƏR

Həcc ziyarətinin qiyməti bahalaşdı

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

 

Pravda.az-ın verdiyi xəbərə görə, artıq ziyarətə getmək üçün 4 nəfər müraciət edib.

 

Sənədlərin qəbulu may ayına kimi davam edəcək.

 

Qiymətlərə gəlincə, bu il ötən ilki ilə müqayisədə (ötən il 4285 dollar) 205 dollar bahalaşma olub. Belə ki, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar ödəməli olacaqlar. Bu il zəvvarlar üçün komfortlu otellər nəzərdə tutulub.

 

Ötən il olduğu kimi bu il də kvotaların sayı (ötən il 1400) təxminən eynidir.

 

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.Report

Tarix: 27 Yanvar 2020, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin