BURADA REKLAMINIZ OLA
BİLƏR

Emil Əkbərov: “Media sahəsində həyata keçirilən islahatların hər biri mətbuatın inkişafına yönəlib”

"Bu gün media sahəsində həyata keçirilən islahatların hər biri mətbuatımızın inkişafına yönəlib".

 

Bunu Pravda.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov söyləyib.

 

E.Əkbərov qeyd edib ki, yanvar 12-də cənab Prezident İlham Əliyev tərəfindən imzalanan“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman, Medianın İnkişafı Agentliyinin yaradılması və bu qurumun atdığı addımlar medianın arzulanan səviyyəyə çatmasına kömək edəcək: "Bilirsiniz ki, Medianın İnkişafı Agentliyindən əvvəl fəaliyyət göstərən KİVDF-də bir çox yeyinti və korrupsiya halları ortaya çıxdığına görə bu qurum ləğv edildi, rəhbəri isə həbs edildi. Vəzifəsindən sui-istifadə edən şəxslərin cəzlandırılması müsbət haldır. Artıq yeni bir qurum yaradılıb. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi fəaliyyəti ilə çap və onlayn mətbuata töhfəsini verəcək. Əslində Medianın İnkişafı Agentliyinin yaradılması da milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı sayıla bilər. Eyni zamanda, Agentliyin mediamızın inkişafı sahəsində atacağı addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verərək cənab prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək. Hesab edirəm ki, aparılacaq islahatlar medianın dövlət tərəfindən maliyyələşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasını əhatə edəcək. Ən önəmlisi isə media-dövlət-cəmiyyət üçbucağında sağlam əməkdaşlığı, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək".

Tarix: 1 İyul 2021, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin