BURADA REKLAMINIZ OLA
BİLƏR

Kanadada tapılan uşaq cəsədləri ilə bağlı qalmaqal

Kanadada üç internat kilsə məktəbində bu günə qədər 1148 adsız uşaq məzarı aşkarlanıb.

 

Bu qalmaqallar fonunda yeni iddia ortaya çıxıb.

 

Belə ki, Ontario ştatının Brentford şəhərindəki Mohavk İnternat Kilsə Məktəbində bəzi uşaq cəsədlərinin yandırıldığı bildirilib.

 

“Orada heç bir şey tapa bilməzlər. Çünki cəsədləri yandırdılar. O məktəbdən xilas olan birindən eşitmişəm, krematoriumda bir cəsədi yandıranda görüb. Atamdan da dəfələrlə hekayələrini dinlədim.

 

Həm də o zamanlar məktəb ərazisi 1200 hektardan çox imiş. İndilərdə 40 hektara qədərdir. Axtarsalar da, nə tapacaqlar ki?”, - qurbanların xatirəsinə həsr olunmuş yürüşə qatılanlardan biri bildirib.

Tarix: 2 İyul 2021, 07:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin