BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda daha bir yanğın

Bakının Qaradağ rayonunda taxta emalı sexinin ərazisində ümumi sahəsi 180 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisindəki taxta yonqarı 40 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, anbarın qalan hissəsi mühafizə olunub.

 

Bakının Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb. Kafe yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Tarix: 2 İyul 2021, 07:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin