BURADA REKLAMINIZ OLA
BİLƏR

Fətullah Gülənin daha bir qohumu saxlanıldı

FETÖ daxilində “bölgə üzrə tələbələrdən məsul” şəxs kimi fəaliyyət göstərən təşkilat lideri Fətullah Gülənin əmisinin nəvəsi İzmirdə saxlanılıb.

 

Pravda.az xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyi Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən aparılan istintaq çərçivəsində Gülənin əmisi Seyfəddin Gülənin nəvəsi Munisə Gülənin Qarabağlar mahalının Yaşar Kamal məhəlləsində bir ünvanda gizləndiyi aşkarlanıb.

 

Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən həyata keçirilən əməliyyatla Munisə Gülən gizləndiyi evdə tutularaq nəzarətə alınıb. O, sağlamlıq müayinəsindən sonra dindirilmək üçün polis bölməsinə aparılıb.

Tarix: 2 İyul 2021, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin