BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxdı

ABŞ hərbçiləri daxil olmaqla NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərindəki aviabazanı tərk edib.

 

Pravda.az xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Koalisiya qüvvələrinin hamısı Baqramı tərk edib”, - nazirlikdən bildirilib.

 

Lakin aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanmayıb.

 

Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır.

Tarix: 2 İyul 2021, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin