BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir Mirqafar Seyidova yeni müavin təyin etdi

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova yeni müavin təyin edilib.


Pravda.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, polis polkovniki Eldar Paşayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin olunub.


Qeyd edək ki, o, bu təyinatadək Ucar Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Tarix: 2 İyul 2021, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin