BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Hacıyev təltif edildi

Daxili İşlər Nazirliyinin (DİN) bir qurup əməkdaşı Azərbaycanda Polis Günü ilə bağlı təltif edilib.

 

Pravda.az-ın xəbərinə görə, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub.

 

Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib.

Tarix: 2 İyul 2021, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin