BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə deputatlığa namizəd Ağasif İbrahimovu dəstəklədi

Tanınmış yazar Aysel Əlizadə bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimovu (Şakiroğlu) dəstəklədiyini bəyan edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Əlizadə A.İbrahimovu dəstəkləməsinin səbəbini də açıqlayıb.

 

“Mən bu dairədə yaşayıram. Sözsüz ki, heç bir seçkiyə laqeyd qalmamışam, seçəcəyim namizədi tanımağa çalışmışam. Bu seçkidə də namizədlərimizlə tanış oldum, görüşdüm, başqa bəyəndiyim də vardı. Amma bir detala görə Ağasif bəydə dayandım. Bircə onu “adamsız” gördüm. Tək atılıb siyasət meydanına, bu sahədə böyüyüb, prosesləri yaxşı bilir və “adamı” yoxdur. Hətta namizədliyini belə son anda öz dirənişi ilə qəbul etdirib. Biz də seçicilər olaraq onun adamı olaq düşündüm. Gəncdir, çalışqandır, yanında olaq! “Siyasət meydanı” proqramında çox dişli gördüm onu, çıxışı xoşuma gəldi və son qərarım Ağasif bəy oldu” – yazar qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 27 Yanvar 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin