BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda xələfi ilə mübahisə edən sabiq məmur vəfat etdi

Ağstafa rayonunda sabiq və indiki məmurlar arasında mübahisə ölümlə nəticələnib.

 

Pravda.az xəbər verir ki, rayonun Poylu kəndinin keçmiş icra nümayəndəsi Tahir Əhmədov ilə indiki icra nümayəndəsi Rəşad Bayramov arasında mübahisə düşüb.

 

İlkin məlumata görə, kəndə suyun verilməsi ilə bağlı mübahisə zamanı R.Bayramov T.Əhmədovu təhqir edib. Əsəb keçirən T.Əhmədov kənd icra nümayəndəliyinin inzibati binası önündə ürəktutmasından vəfat edib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Rəşad Bayramov hadisə ilə bağlı dindirilir.

 

Qafqazinfo

Tarix: 2 İyul 2021, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin