BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaydalara əməl etməyən media subyektlərinin maliyyəsi dayandırıla bilər" - Əhməd İsmayılov

“Müsabiqələrin qayadalarını hazırlayarkən onlayn media subyektlərinin yaydığı informasiyaların statistikası həyata keçirilib. 39 media subyekti qalib olub. Onların hər birində özəl xəbərlər yayılmaqdadır”.

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqə qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə bağlanılacaq:

“Qaydalara əməl etməyən media subyektlərinin maliyyəsi dayandırıla bilər. Bu layihələr adından göründüyü kimi dəstək layihələridir. Bu dəstəyin məqsədi çatışmayan maliyyə resursunu qarşılmaqdır”.

Tarix: 2 İyul 2021, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin