BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə narkotik tərkibli bitkilər aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Tarix: 3 İyul 2021, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin