BURADA REKLAMINIZ OLA
BİLƏR

“Delfin” balıq evinin icraçı direktoru cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

 

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 1-də bu istiqamətində keçirilən tədbir zamanı Səbail rayonu Şıx çimərliyində yerləşən “Delfin” balıq evində, sahil zolağında çimərlikdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi aşkar olunub.

 

Oranın icraçı direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi (istehsalat və məişət tullantıları haqqında qanunverciliyin pozulması) ilə protokol tərtib edilib.

Tarix: 3 İyul 2021, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin