BURADA REKLAMINIZ OLA
BİLƏR

Film çəkilişində partlayış, yaralananlar var

Çexiyanın paytaxtı Praqada cinayət dünyası haqqında çəkilən kəskin süjetli filmin çəkilişi zamanı baş vermiş partlayış nəticəsində çəkiliş qrupunun üç üzvü xəsarət alıb.

Pravda.az-ın məlumatına görə, xəsarət alanların çəkiliş üçün hazırladıqları dekorasiya elementlərinin birində naməlum kimyəvi maddə partlayıb. Partlayışın əməkdaşların diqqətsizliyi üzündən baş verdiyi güman edilir.  

Xəsarət alanlar ciddi yaralarla hospitalizə edilib. Onlardan birinin ayaqları amputasiya olunub. Polis baş verən hadisənin təfərrüatlarını hələlik açıqlamır.

Tarix: 3 İyul 2021, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin