BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi yenidən sərtləşdirilir

İran hökuməti ölkədə koronavirusun “Delta” ştammının yayılması ilə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirləri yeniləmək qərarına gəlib.

 

Hökumət əsas olaraq koronavirusun əhəmiyyətli dərəcədə çox yayıldığı və COVID-19 riski yüksək olan ərazilərdə birinci dərəcəli vacib olmayan ticarət müəssisələrinin bağlanması barədə qərar qəbul edib.

 

Tehran da daxil olmaqla, 275 şəhərdə bütün ictimai parklar, restoranlar, qənnadı məmulatları satılan dükanlar, gözəllik salonları, ticarət mərkəzləri, kitab mağazaları bağlıdır. Həmçinin, koronavirusa yüksək yoluxma səviyyəsi qeydə alınan şəhərlər arasında gediş-gəlişə də qadağa qoyulub.

 

Bu yaxınlarda İranın cari Prezidenti Həsən Ruhani “Delta” ştammının qəfil yayılması səbəbindən ölkəsinin koronavirusun beşinci dalğası ilə üzləşəcəyi ilə bağlı narahatlığını ifadə etmişdi.

 

Qeyd edək ki, İranda iyun ayının ortalarından iyul ayının əvvəlinə qədər koronavirusa yoluxma statistikasında artım müşahidə edilir.

 

Tarix: 5 İyul 2021, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin