BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı sakini restoranda bədbəxt hadisə nəticəsində öldü

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Səbail rayon prokurorluğundan Pravda.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Tarix: 5 İyul 2021, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin