BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə yol qəzasında 3 nəfər öldü, onlardan ikisi qardaşdır

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb.

 

Pravda.az-ın xəbərinə görə, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

 

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır.

 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 27 Yanvar 2020, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin