BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavad Cavadov: "Elnur Allahverdiyev seçicilərini aldadır" - QALMAQAL

"Elnur Allahverdiyev özü etiraf edib ki, seçicilərini aldadır. Bu, onun bütün dairəyə payladığı bukletdə əksini tapıb. Burada özü qeyd edib ki, O Sloveniyanın Azərbaycanda fəxri konsuludur".

Pravda.az-ın xəbərinə görə, bunu vəkil, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Cavad Cavadov rəqibi Elnur Allahverdiyev haqqında yaydığı məlumatda bildirib.

 

"Yığışdıra bilməz bunları xeylisini saxlamışam. Bu bir tərəfi. Digər tərəfi Sloveniyanın Xarici işlər Nazirliyinin saytında dünənə kimi o fəxri konsul kimi qeyd olunub. Bu işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəm, Sloveniyanın Xarici İşlər Nazirliyinə sorğu göndərəcəm. Yaxın vaxtlarda bununla bağlı ətraflı açıqlama verəcəm.Başqa faktlar da olacaq. Ola bilər ki, bununla və dairədə olan inzibati resursların tətbiqi ilə bağlı hətta mətbuat konfransı keçirdim. Kimsə kiminsə haqqına girirsə bilsin ki, bu dünyada da olmasa qiyamətdə onu qaytarmalı olacaq..." - C.Cavadov qeyd edib.


Xatırlatma: Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, C.Cavadovun müraciəti bağlı ekspert qrupu Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin Dövlət Protokolu İdarəsindən bizə verilən qərara əsasən, Elnur Allahverdiyevin fəxri konsul vəzifəsi 29 dekabr 2019 tarixində bitib. Sloveniya Konsulluğu Xarici İşlər Nazirliyinə də rəsmi nota ilə müraciət edib ki, E. Allahverdiyevin fəxri konsul vəsiqəsinin etibarlılıq müddəti həmin tarixdə bitib və fəaliyyəti dayandırılıb. Həmçinin Sloveniyanın Türkiyədə səfirliyi də namizədin öhdəliyinin olmadığı barədə məlumat verib. Namizədin fəxri konsul statusu ləğv edildikdən sonra onun namizədliyi qeydə alınıb.

Tarix: 27 Yanvar 2020, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin