BURADA REKLAMINIZ OLA
BİLƏR

Roza Zərgərli: “Elə həddə gəldim ki...”

Müğənni Roza Zərgərli ailəsi ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub.

 

Pravda.az xəbər verir ki, ifaçı övladlığa götürdüyü oğulları haqda açıqlama verib. O bildirib ki, bir müddət əvvəl Corc və Jerarla münasibətlərini kəsib:

 

"Uşaqlarım əsgərliyə gedib gələndən sonra çox pisliklərlə qarşılaşdım. Mənim evimin içində olan balalarımla bağlı çox şey oldu. Elə həddə gəldik ki, oğullarımın ikisini də silmişdim. Elə bir şeylər yaşandı ki... O qədər insanlar bunların qanına, cibinə girdi. Gəlirdilər onlarla dost olurdular, ciblərinə girirdilər, mənimlə soyudurdular.

 

Corca deyirdilər ki, məni alırsansa, anandan uzaq olmalısan. Maşın alacaqdım. Qızım Bənövşəyə aldım. İkinci Corca alacaqdım. Amma onu öyrədirdilər ki, get denən, birinci sənə alsın".

 

Roza əlavə edib ki, Corcun ailə qurmaq istədiyi xanım onların arasını vurmağa çalışıb.

 

Axşam.az

 

Tarix: 5 İyul 2021, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin