BURADA REKLAMINIZ OLA
BİLƏR

"Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd etmək ədalətli olardı” - Sabiq nazim müavini

"Vaxt var idi Konstitusiya mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək?".


Pravda.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. O, 2018-ci ildən etibarən bu tarixlərin tədricən mənasını itirdiyini qeyd edir.

A.Zakaryan, həmçinin yazır: “Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”.

Ölkəsinin bayram günlərini xəcalət günləri kimi qeyd etməli olduğunu məsləhət görən sabiq nazir müavini vurğulayıb: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”./Virtualaz.org

Tarix: 6 İyul 2021, 01:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin