BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxıda 20 yaşlı hamilə qadın intihar etdi

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Qaleybuğurt kəndində qeydə alınıb. Ağdam rayonundan olan və həmin kəndə gəlin köçən 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. On bir aylıq körpə uşağı olan və 4 aylıq hamilə olan Səkinə Quliyeva təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər qadını xilas edə bilməyiblər.

 

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 6 İyul 2021, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin