BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda aksiya - VİDEO

İyulun 6-da "Ekofront" İctimai Birliyin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önünə toplaşıblar.

 

Fəallar Azərbaycanda meşələrin qırılmasına etiraz edirlər.

 

Aktivistlər aqroparkların yaradılması zamanı meşələrin qırılmasına qarşıdırlar. Hesab edirlər ki, aqroparkları tikən şirkətlərlə bağlanılan müqavilələr və xəritələr ictimaiyyətə açıqlanmalıdır. Meşələrin qırılması ilə nəticələnən müqavilələrə xitam verilməlidir. O cümlədən, Lənkəranın Haftoni-Girdani meşəsində çay bağı salınması ilə bağlı müqavilə ləğv edilməlidir.

 

Fəallar nazir Muxtar Babayev ilə görüş tələb ediblər. Lakin onları nazirlikdə başqa məsul şəxslər qəbul edib. Bu isə etirazçıları qane etməyib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları bildirib ki, sözügedən ərazidə iş dayandırılıb və oradan texnika çıxarılıb. Rəsmilər meşələrdə yalnız kolların və qurumuş ağacların təmizləndiyini deyir. Fəallar isə yaşıllıqların iqtisadi maraqlara qurban getdiyi fikrində qalır. Qurumdan onlara söz verilib ki, nazir Muxtar Babayevlə onlayn görüş təşkil ediləcək.

 

Tarix: 6 İyul 2021, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin