BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heykəllərə göstərilən hörmət Məhəmməd peyğəmbərə göstərilmir”

Britaniya parlamentinin “Leyboristlər” partiyasından olan millət vəkili Naz Şah nümayişlər zamanı polisə əlavə səlahiyyətlər verən qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı maraqlı bəyanatla çıxış edib.

 

 “Anadolu” agentliyinin məlumatına görə, Pakistan əsilli siyasətçi sözügedən qanun layihəsində heykəllərə zərər verilməsinə görə 10 ilədək həbs cəzasının nəzərdə tutulduğunu qeyd edərək, Məhəmməd peyğəmbərin karikaturalarını hazırlayanlara da analoji cəzanın tətbiqini istəyib.

 

“Bu sadəcə karikaturadır deyənlərə, bunlar da sadəcə heykəllərdir deməyəcəyəm. Çünki bu sadəcə karikatura və ya heykəl deyil. Heykəllər bir xalqın tarixini, mədəniyyətini əks etdirdiyi kimi, peyğəmbərimiz də bizim üçün bir çox dəyərləri təmsil və ifadə edir”, -deyə o, bildirib.

 

Oxu.az

Tarix: 7 İyul 2021, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin