BURADA REKLAMINIZ OLA
BİLƏR

Binanın çökməsi nəticəsində ölənlərin sayı 35-i ötdü

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd ərazisində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Pravda.az xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

“Yağış və digər ağır hava şəraitinə baxmayaraq, biz daha dörd qurbanın cəsədini çıxardıq. Həlak olanların ümumi sayı hazırda 36 təşkil edir”, - o deyib.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

Tarix: 7 İyul 2021, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin