BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol qəzasında 9 nəfər öldü, 19 nəfər yaralandı

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, qəza bu gün İshafanda qeydə alınıb.

 

Belə ki, Tehrandan Şiraz istiqamətində hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində 9 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.APA

Tarix: 28 Yanvar 2020, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin