BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı - FOTO

Mərhum Əməkdar artist Zöhrə Abdullayevanın mirası açıqlanıb.

Pravda.az-ın məlumatına görə, mərhum müğənninin mirası qardaşına qalıb. Bu barədə ifaçının həmkarı Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə bildirib:

"Zöhrə Abdullayeva ilə 5 il bir teatrda çalışmışıq. Həmin 5 ildə gül qədər ondan incimədim. Zöhrə xanım bir ana kimi necə ana idisə onu bütün xalq gördü. Heyif ondan.

Bir bacı kimi də onun əvəzi olmayacaq. Sağlığında evini, maşınını, bağını, bankda olan pulunu sosial durumu yaxşı olmadığı üçün qardaşının adına keçirib. Bunu edib ki, qardaşı ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş. Bacım, Allah o biri dünyanı rahat eləsin. Allah yerdə qalanlarına dəyməsin".

Qeyd edək ki, bu gün Z.Abdullayevanın ölümündən 40 gün ötür. 





Tarix: 7 İyul 2021, 22:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin