BURADA REKLAMINIZ OLA
BİLƏR

“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət deyirlər”

“Obyektlər vahid qiymətlə yox, müştərinin sosial statusu və maddi vəziyyətindən asılı olaraq göstərdikləri xidmətə görə qiymət təyin edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Azər Qərib deyib.

 

A.Qərib bildirib ki, halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət deyirlər: ““Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə...Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir? Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər. Harada işləyir, maaşı nə qədərdir, “konvert”də nə qədər alır, neçə faiz “otkat”la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir?! Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”.

Tarix: 8 İyul 2021, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin